“Çelsi” tarixdə bunu bacaran ilk klub oldu

"Çelsi" tarixdə bunu bacaran ilk klub oldu

UEFA Konfrans Liqasında final oyunu keçirilib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Polşanın Vrotslav şəhərindəki “Meyski” stadionunda İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” komandaları üz-üzə gəlib.

Bosniya və herseqovinalı İrfan Peltonun idarə etdiyi görüş “Çelsi”nin qələbəsi ilə yekunlaşıb – 4:1.

Hesabı 9-cu dəqiqədə “Betis”in mərakeşli hücumçusu Abde Ezzalzuli, 9 açıb.

“Zadəganlar” ikinci hissədə geridönüş etməyi bacarıblar. Entso Fernandes 65-ci, Nikolas Cekson 70-ci, Ceydon Sanço isə 83-cü, Moyses Kaysedo 90+1-ci dəqiqədə fərqlənib.

Bununla da “Çelsi” tarixində ilk dəfə Konfrans Liqasına sahib çıxıb.

İndiyədək London təmsilçisi 2012, 2021-ci illərdə Çempionlar Liqasını, 2013, 2019-cu illərdə Avropa Liqasını, 1971, 1998-ci illərdə Kuboklar Kubokunu, 1998, 2021-ci illərdə UEFA Super Kubokunu qazanıb.

Beləliklə, “zadəganlar”ın UEFA miqyaslı yarışlarda əldə edə bilmədiyi titul qalmayıb. “Çelsi” belə bir göstəriciyə malik olan yeganə klubdur.