Cəlilabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (4 qadın, 4 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata əsasən, yaralılara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları və sınıqları diaqnozu təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.
1978-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Digər yeddi şəxsin müalicəsi tibbi müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
X X X
Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı və xəsarət alanların adları məlum olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 12:00-da Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Cəlal Naqiyevin idarə etdiyi 90-EN-092 dövlət nömrə nişanlı “Mercedes-Benz” və Mirtofiq Cəfərovun idarə etdiyi 44-BX-470 dövlət nömrə nişanlı VAZ-21099 markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub:
1997-ci il təvəllüdlü Sevda Cəfərova, 2022-ci il təvəllüdlü Ləman Hüseynova, 2025-ci il təvəllüdlü Mənsumə Cəfərova, 2016-cı il təvəllüdlü Mələk Cəfərova, 2018-ci il təvəllüdlü Mirşahin Cəfərov və 2019-cu il təvəllüdlü Mirkazım Cəfərovdur.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.
***16:42
Cəlilabad rayonunda ağır avtomobil qəzası baş verib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.
“Mercedes” ilə “VAZ 21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində aralarında azyaşlılar da olmaqla, altı nəfər xəsarət alıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına xəstəxanasına çatdırılan yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.














