Cəlilabadda minik avtomobili kül oldu

Cəlilabadda minik avtomobili kül oldu

Cəlilabad rayonunun Maşlıq kəndində avtomobil yanğını baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə zamanı kənd sakini, 1990-cı il təvəllüdlü Ağayev Zaur Gülağa oğluna məxsus “VAZ-2106” markalı avtomobil qəfildən alışaraq yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunsa da, nəqliyyat vasitəsini xilas etmək mümkün olmayıb.

Avtomobil tamamilə yanaraq yararsız hala düşüb.Faktla bağlı araşdırma aparılır.