Cəlilabadda ağır qəza: Xəsarət alanlar var

Cəlilabadda ağır qəza: Xəsarət alanlar var

Cəlilabad rayonunda iki avtomobil toqquşub.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonuna daxil olan hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün idarə etdiyi “Honda” markalı minik avtomobili ilə “Shevrolet” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər – 1971-ci il təvəllüdlü Nəzakət Gəncəliyeva, 1961-ci il təvəllüdlü Fərman Cəfərov və 1980-ci il təvəllüdlü Seyfəddin Nəbiyev xəsarət alıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.