Cəlilabadda 10 iribuynuzlu heyvan tələf oldu – VİDEO

Cəlilabadda 10 iribuynuzlu heyvan tələf oldu - VİDEO

Cəlilabadda 10-a yaxın iribuynuzlu heyvan elektrik vurmasından tələf olub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Zərbiəlli kəndində qeydə alınıb.

Biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.

Nəticədə həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb.

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra elektrik xətlərində baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.

Image 1 of 2 Image 2 of 2