Cəlilabad Müalicə Diaqnostika Mərkəzindəki yanğının səbəbi AÇIQLANDI – VİDEO / YENİLƏNDİ

Cəlilabad Müalicə Diaqnostika Mərkəzindəki yanğının səbəbi AÇIQLANDI - VİDEO / YENİLƏNDİ

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın zamanı digər bölmələrdə hər hansı bir elektrik kəsintisi baş verməyib.

Globalinfo.az-ın məlumatına görə, bu barədə “Report”un yerli bürosuna Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov məlumat verib.

Onun sözlərinə görə, bu gün saat 11:15 radələrində Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin birinci mərtəbəsində yerləşən Ailə Sağlamlıq Mərkəzində Elektrik naqillərinin qısa qapanması nəticəsində tavanda tüstülənmə qeydə alınıb:

“Dərhal FHN Yanğından Mühafizə Xidmətinə məlumat verilib, tüstülənən sahə bir neçə dəqiqə ərzində söndürülüb. Heç bir xəsarət alan olmayıb və tibbi cihazlara zərər dəyməyib. 2 kv.metrlik bir sahədə naqillərin izolyasiya örtüyü sıradan çıxıb. 2 saat ərzində tavanda təmir işləri aparılıb və elektrik xətti yenisi ilə əvəz olunub. Digər bölmələrdə xidmət dayandırılmayıb və hər hansı bir elektrik kəsintisi baş verməyib”.

***11:44

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində yanğın başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və texnikaları cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.