“Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldıldı

“Cəfər Cabbarlı-Xətai” sahəsində interval 5 dəqiqə azaldıldı

Bakı Metropoliteni” QSC tərəfindən “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları isə 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.

Qurumdan Globalinfo.az-a verilən məlumata görə, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir. Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.

Qeyd edək ki, qatar hərəkətinin təhlükəsizliyini təmin edən sistemlərdə aparılmış texniki optimallaşma, sürət tənzimləmə sistemlərinin hərəkət sxeminə uyğunlaşdırılması və maşinistlərin iş rejimində edilmiş dəyişikliklər sayəsində belə bir nəticəyə nail olunub.