Ukrayna Silahlı Qüvvələri Sumı vilayətinin Aleksandrovka kəndi istiqamətində ciddi itki verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, hava kəşfiyyatçı kopterlər Ukrayna mövqelərini və şəxsi heyətin hərəkətini aşkarlayıb:
“FPV ekipajı dərhal işə qoşularaq ölümcül ‘quşları’ birbaşa düşmənin üzərinə yönəltdi”.
Kadırov qeyd edib ki, xüsusi hərbi əməliyyat zonasında bu cür uğurlar hər gün qeydə alınır.
Xatırladaq ki, bundan əvvəl Kadırov “Axmat” xüsusi təyinatlı dəstəsinin “Bati” qrupunun Xarkov istiqamətində Ukrayna qüvvələrinin müşahidə məntəqəsini və pulemyot mövqeyini məhv etdiyini də açıqlamışdı. Onun sözlərinə görə, qrup müasir texnologiyadan istifadə edərək əməliyyat ərazisində üstünlük əldə edib.
Tahir Turan














