
Sentyabrın 23-də Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorka səfəri zamanı ABŞ Prezidenti Donald Trampa cəbhədən “yaxşı xəbər” ötürməyə çalışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri juranlistlərə açıqlama verib.
O bildirib ki, Kupyanskda Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun qarşısını kəsib, bu barədə Tramp və komandasını ətraflı məlumatlandıracağını vəd edib.
Zelenski Tramp ilə görüşünü şərh edərkən deyib:
“İndi Tramp mənə Rusiya Prezidenti Vladimir Putindən daha çox güvənir. Söhbətimiz mənalı və çox yaxşı keçdi. Mən cəbhədən aldığım xoş xəbəri Tampla bölüşdüm”.
Tahir Turan
Globalinfo.az














