Cəbhədə son vəziyyət: Ukrayna bununla Qərbi qəzəbləndirdi

 

Rusiya qoşunlarının Kupyanska irəliləməsi Ukraynanı yenidən ABŞ-a kömək üçün müraciət etməyə vadar edib.

Globalinfo.az xəbər verir ki, “The Guardian” bu hadisənin Qərb ölkələrində qəzəb doğurduğunu yazıb.

Nəşrə danışan ABŞ ordusunun keçmiş zabiti Frenk Ledvic bildirib ki, Ukrayna daha böyük həcmdə Qərb silahlarının həlledici rol oynaya biləcəyini deyir.

“Müttəfiqlər isə hesab edirlər ki, Ukrayna yerli silahlara uyğun taktikadan istifadə etsə, daha çox uğur qazana bilər. Ukrayna ordusunun uğursuzluqlarından sonra Volodimir Zelenski Baydenin “Ukraynanı nə qədər dəstəkləmək gərəkdirsə, o qədər də dəstək veriləcək” sözlərinə inanmamalıdır. Beləliklə, müharibənin aparılması böyük ölçüdə Kiyevin müttəfiqlərinin ixtiyarındadır. Onlar hələ də Kiyevə dəstək verə bilərlər.

Hazırki şəraitdə bu, Ukraynanı məğlubiyyətə apara bilər”, – keçmiş zabit bildirib.

Qeyd edək ki, son günlər Rusiya ordusunun “Qərb” qoşun birləşmələri Kupyansk istiqamətində mövqələrini əhəmiyyətli şəkildə gücləndirib.