Drezdendə Elba çayının üstündəki körpü çöküb.
Globalinfo.az bildirir ki, bunu İsveçrədə yaşayan yazıçı və jurnalist Ələkbər Əliyev sosial media hesabında yazıb.
“Bir neçə dəqiqə əvvəl tramvay keçibmiş ordan. Əvvəllər bu cür xəbərlər adətən İtaliyadan gəlirdi – keyfiyyətsiz yollar, körpülər, infrastruktur oranın acı reallığıdır, hamısı da korrupsiya, mafiyalar ucbatından. İndi isə, Şərqi də olsa, Almaniyadan gəlir belə xəbərlər. Özü də illərdir “qəzalı” statusu var imiş körpünün, hələ üstündən tramvay da buraxırlar. Köhnə vərdişlərin, stereotiplərin, şərtiliklərin hamısı dağılıb gedir.
Narkomanların lomkası kimi lomkaya düşüb bəşəriyyət. Hindistanlılar da dünyanı basır, axırımız bilinmir nə olacaq”, – o qeyd edib.














