Çavuşoğlu çıxış etdi, Paşinyan ölümlə hədələndi

Ermənistan Baş naziri Nikol Paşinyan rəsmən ölümlə təhdid edilir.

Globalinfo.az xəbər verir ki, təhdidi Paşinyanın dünənki çıxışından sonra erməni jurnalist, teleaparıcı Artyom Yerkanyan səsləndirib.

O, Paşinyanın xüsusilə “Nemezis” əməliyyatının iştirakçılarının şərəfinə abidənin qoyulması ilə bağlı fikrinin qəbuledilməz olduğunu bildirib:

“Ermənistanda Çavuşoğlunun (Türkiyə XİN rəhbəri – red.) ultimatumunu icra etmək istəyən şəxsin ortaya çıxmasından xoşbəxt olardım. Bu, “Nemezis”in növbəti hədəfinə çevrilməyə layiq olanın şəxsiyyətini müəyyənləşdirməyə kömək edəcək”.

Qeyd edək, Yerkanyan özü “Nemezis”in təşkilatçılarından birinin nəticəsi sayılır.

Xatırlaqdaq ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ermənistanla hava yollarını bağladıqlarını elan edib, buna səbəb kimi İrəvanda “Nemezis” abidəsinin açılmasını göstərib. O bu kimi halların davam edəcəyi halda başqa addımlar da atacaqlarını söyləyib.

Paşinyan Çavuşoğlunun çıxışından az sonra heykəlin qoyulmasını dəstəkləmədiyini elan edib.

İlkin Həsənov
Globalinfo.az