
“Azərbaycan daim müstəqil olacaq”.
Globalinfo.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın 17 noyabr – Dirçəliş Günü münasibətilə tviterdə yazıb.
O, Azərbaycan xalqını təbrik edib:
“17 noyabr Milli Dirçəliş Günü münasibətilə Can Azərbaycanı təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”.














