Cavid Qurbanov: “Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var”

Cavid Qurbanov: "Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var"

Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb.

Globalinfo.az bildirir ki, bunu APA-nın sualına cavabında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var: “Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar”.