Casusluq edən məşhur səfirlik əməkdaşına hökm oxundu – FOTO

Böyük Britaniyanın Berlindəki səfirliyində çalışan Devid Smit Rusiyaya casusluqda ittiham edilərək 13 il 2 ay həbs cəzasına məhkum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xüsusi Cinayət və Terrorla Mübarizə Şöbəsinə rəhbəri edən Nik Prays məlumat yayıb.

O bildirib ki, Smit Londonun Berlindəki nümayəndəliyində vəzifəsindən sui-istifadə edərək, məxfi məlumatları gizli şəkildə toplayıb və Rusiyaya ötürüb:

“Casus bunu təkcə pul üçün etməyib. D.Smit dəfələrlə Böyük Britaniya və Almaniyaya qarşı kəskin nifrətini ifadə edib və Rusiya hakimiyyətinə rəğbətini dilə gətirib”.

Casusun əleyhinə sübutların toplanması üçün Britaniyanın MI5 təhlükəsizlik xidməti və Almaniyanın hakimiyyət orqanları birgə əməliyyat keçiriblər.

Ayşən Mustafa
Globalinfo.az