Sosial mediada Çarli Kirkə qarşı törədilən sui-qəsddən dərhal sonra orta yaşlı kişinin saxlanılması ilə bağlı yayılan görüntülərin cinayətkara aid olmadığı iddia edilir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayıb.
Məlumata görə, hücumu törətməkdə şübhəli bilinən şəxs hələ saxlanılmayıb.
***
Xəbər verdiyimiz kimi amerikalı siyasi fəal və bloger Çarli Kirk Yuta ştatında universitetdə çıxışı zamanı sui-qəsdə uğrayıb.
Globalinfo.az “The New York Times”a istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs atıcı olmayıb.
Sosial mediada isə hücumdan dərhal sonra orta yaşlarında bir kişinin polis tərəfindən saxlanılma anının görüntüləri yayılıb. İddialara görə həmin şəxs Çarli Kirkə atəş açaraq onu boğazından ağır yaralayan insandır.
Aysel Əliyeva
Globalinfo.az














