Ankaranın bölgədəki təsiri İsrail üçün ciddi strateji təhlükə yaradır.
Globalinfo.az xəbər verir ki, bu fikirləri israilli ekspert Qallia Lindenstrauss “i24 News” kanalına müsahibəsində səsləndirib.
Lindenstrauss qeyd edib ki, Türkiyə HƏMAS üzərində təsirini qoruyur və Qəzza ilə bağlı siyasətini dəyişməyib:
“Türkiyənin atəşkəs və Qəzzanın yenidən qurulmasında iştirakı İsrail üçün kritik risk daşıyır”, – deyə o bildirib.
Ekspert daha da irəli gedərək, Türkiyəyə açıq xəbərdarlıq edib:
“Əgər Türkiyə Qəzzaya hərbçi göndərsə, bu, ciddi strateji səhv olar. Yeni bir “Mavi Mərmərə” hadisəsi yaşanacaq.”
Lindenstrauss həmçinin qeyd edib ki, İsrail müharibədən sonrakı mərhələdə zəifləyib, çünki Qəzza məsələsində Fələstin Muxtariyyətini prosesə daxil etməyib.
Tahir Turan
Globalinfo.az














