Çanaqqala boğazı gəmilərin hərəkəti üçün bağlandı

Çanaqqala boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi məlumat yayıb.

Bildirib ki, boğaz qatı duman səbəbindən bağlanılıb.

Qeyd edilib ki, hava şəraitinin yaxşılaşmasından sonra hərəkət bərpa olunacaq.