pakistan ordusu

“Cammu və Kəşmir bu gün dünyanın ən hərbiləşdirilmiş zonasıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye brifinqdə deyib.

Səfir qeyd edib ki, münaqişə illərində mindən çox uşaq zərər çəkib:

“Biz Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə sadiq olduğumuzu bir daha təsdiqləyirik. Beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulduğu kimi Kəşmir xalqının maraqlarını nəzərə alan həll yolunun tapılmasında rol oynamağa çağırırıq”.

uJJuQazB4EZqMZFHivk3ZatbYDjiwEv5rFDfZatn

Səfir Bilal Haye

Səfir bildirib ki, Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistana sarsılmaz dəstək verən ölkələr sırasındadır:

“Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Pakistana hərtərəfli dəstək verir”.

Səfir xatırladıb ki, Pakistanın Baş naziri Şahbaz Şərifin bu yaxınlarda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti Pakistan xalqını dəstəklədiyini bir daha bəyan edib.

Paylaş: