“Çakır”ın türklərlə bağlı fikri qalmaqal yaratdı

Məşhur aktyor və aparıcı Oqtay Kaynarcanın qatıldığı proqramda “Türkiyəliyəm, türk millətçisiyəm” deməsi sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Globalinfo.az Kult.az -a istinadən xəbər verir ki, O.Kaynarca şəhər millətçiliyini sevmədiyini deyib.

“Ölkə millətçiliyini bəyənirəm. Mən Türkiyədənəm. Doğma şəhərimlə fəxr edirəm. Bu, bizim torpağımızdır. Mən türk millətçisiyəm”, – aktyor vurğulayıb.

Xatırladaq ki, Oqtay Kaynarca illər əvvəl yayımlanan əfsanəvi “Kurtlar Vadisi” serialında “Süleyman Çakır” obrazına həyat verib.