Türkiyənin bir çox məşhur film və seriallarının dublaj sənətçisi kimi tanınan Salahsun Həkimoğlu vəfat edib.
Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, məşhur aktyor 74 yaşında dünyasını dəyişib.
Həkimoğlu 1988-ci ildən film və seriallar üçün dublajlar edib. Aktyorluğa isə 2003-cü ildə yayımlanan “Həyat bilgisi” serialı ilə başlayıb. O, “Paytaxt: Əbdülhəmid”, “Diriliş Ərtoğrul”, “Arxa küçələr” kimi məşhur seriallarda yer alıb. Daha çox “Kurtlar Vadisi” serialında Süleyman Çakır personajının ölümü xəbərini verən həkim rolu ilə məşhurlaşıb.
















