“Tibbi müayinədən keçmə çağırış komissiyaları tərəfindən aparılır. Buradan belə çıxır ki, yeni qurum rəy verməsə, çağırış komissiyaları bir qərar qəbul edə bilməyəcək”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, məsuliyyətin bir neçə qurum arasında bölüşdürülməsi şəffaflıqla bağlı problem yaradacaq:
“İndi ilkin tibbi müayinə üçün həkimlər yığılacaq. Bu həm də vəsait deməkdir. Bunun bir qurum tərəfindən həyata keçirilməsinin yollarını tapmaq olar. Bundan əlavə, müəyyən elədin ki, adam narkotik vasitələr istifadə edir və buna görə hərbi xidmətə getmədi. Bununla nə oldu? Nə qazanıldı? Narkotik asılılığı olan şəxslər üçün müalicə sistemləri yaradılmalıdır”.














