“Beş gün bundan qabaq Cabirlə bir məclisdə idik. Mən oxudum, o rəqs etdi. Cabir gözəl insan idi”.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Əməkdar artist Ədalət Şükürov deyib.
Cabir İmanovun vəfatından danışan sənətçi onun əvvəllər infarkt keçirdiyi iddiasına da açıqlama gətirib:
“Cabirin səhhətində heç vaxt problem olmayıb”.
Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib. Onun daha əvvəl də infakrt keçirdiyi bildirilirdi.














