gurcistan tskya ait dusen kargo ucagina iliskin ilk raporu yayinladi patlama izi yok 17629459821752

Gürcüstanda C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İlkin araşdırma nəticəsində təyyarədə partlayış və ya xarici müdaxilə izinə rast gəlinməyib”, – materialda qeyd edilib.

Xatırladaq ki, 20 hərbçinin olduğu təyyarə Azərbaycandan Türkiyəyə uçmaq üçün havaya qalxdıqdan az sonra Gürcüstanda qəzaya uğrayıb. Hadisə ilə bağlı ətraflı texniki araşdırma davam edir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: