BVF-dən dünyaya SOS: “ABŞ məsələni təcili həll etməlidir, yoxsa…”

ABŞ-a dövlət borcu və büdcə kəsirini azaltmaq siyasi baxımdan çətin olacaq, amma indi bu işə başlamaq üçün uğurlu zamandır.

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva deyib.

O deyib ki, ABŞ-ın güclü iqtisadi artımı Vaşinqtonun maliyyə yükünü həll etməsi üçün manevr imkanları olması anlamına gəlir:

“Belə fikir var ki, borc və kəsrlə bağlı məsələ indi Günəşin parladığı və hər şeyin yaxşı olduğu zamanda həll etmək yerinə gələcəyə saxlansın. Biz Bayden administrasiyasının Çinin ekoloji təmiz məhsullarına tarif məsələsi və Trampın bütün idxal üçün 10%-lik rüsum toplaqma planını dəstəkləmirik”.

Maraqlı məqam Georgiyevanın bu açıqlamasının Tramp-Bayden debatından bir neçə saat öncə yayımlanmasıdır. BVF-nin proqnozuna əsasən, ABŞ-nin dövlət borcunun ümumi daxili məhsula nisbəti 2032-ci ildə 140%-ə çatacaq ki, bu da həddən artıq böyük göstəricidir. BVF proqnozlaşdırılan göstəricilərin ABŞ və dünya iqtisadiyyatına riski kəsb etdiyini söyləyib.

“Financial Times” isə yazır ki, iqtisadçılar və investorlar getdikcə daha çox ABŞ iqtisadiyyatı barədə narahat olmağa başlayırlar. Qəzet buna əsas səbəblərdən birinin nə Tramp, nə Baydenin hələ də böyük xərcləri nəzarətə götürə bilməklə bağlı açıqlama verməməsinin göstərib. Vəziyyəti ən çox gərginləşdirə biləcək məqamlardan birinin Trampın prezident seçiləcəyi təqdirdə planladığı vergi güzəştləri məsələsidir ki, bu da ABŞ-ın borcunun üzərində daha 4-5 trilyon dollar gətirə bilər.

Tahir Turan
Globalinfo.az