Burak hamilə xanımına maşın aldı – FOTOLAR

Burak hamilə xanımına maşın aldı - FOTOLAR

İkinci uşaqlarını qucaqlarına almağa hazırlaşan türkiyəli məşhur cütlük Burak Özçivit və Fahriye Evcen yenidən gündəm olublar. Qətərdə Hollivud aktyoru Kevin Speysi ilə görüşündən sonra tənqid olunan aktyor indi də hamilə həyat yoldaşına aldığı hədiyyə ilə təccübləndirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cütlük ötən gün jurnalistlərin suallarını cavablandırıblar. Özçivitin Evcenə doğum hədiyyəsi olaraq 10 milyon TL (təxminən 912 min manat) dəyərində son model “Jeep” aldığı məlum olub. Məlumata görə, maşının nömrəsi Evcenin ad-soyadının baş hərflərindən ibarətdir.

Bundan əlavə, F. Evcen ana olması ilə bağlı da danışıb: “Hər şey yaxşıdır, hamiləliyim yaxşı gedir. Adla bağlı ağlımızda bir neçə variant var, amma hələ qərar verməmişik”.

Burak hamilə xanımına maşın aldı - FOTOLAR
Burak hamilə xanımına maşın aldı - FOTOLAR