Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov (hazırda Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısında yer alır) Prezident Volodimir Zelenskiyə Rusiyada mövcud edilən “zəif nöqtələr” barədə hesabat təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri şəxsi teleqram kanalında məlumat yayıb.
“Bu gün GUR rəhbərinin Rusiyada mövcud olan zəifliklərlə bağlı hesabatı oldu. Mübadilə prosesini də müzakirə etdik – bu, davam edir. Türkiyədə keçirilən ikinci görüşdən əldə olunan razılaşmalar yerinə yetirilir,” – deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna tərəfi rus əsirliyində olan vətəndaşların azad olunması üçün maksimum səylər göstərir.
Bundan əvvəl Budanov ukraynalılara müraciət edərək ölkənin kişi vətəndaşlarını ərazi çağırış məntəqələrindən (TRK) gizlənməməyə və dövlətin müdafiəsinə qoşulmağa çağırmışdı.
Tahir Turan














