Bu yollardan istifadə edənlər üçün mühüm xəbər

Bu yollardan istifadə edənlər üçün mühüm xəbər

Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.

Globalinfo.az xəbər verir ki, yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalının qarşısından Bakı Dairəvi Avtomobil Yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Sürücülərdən hava şəraitini nəzərə alaraq sürət həddini uyğun tənzimləmələri, ötmə və qəfil manevrlərdən çəkinmələri xahiş olunur.

Təcrübəsi az olan sürücülərə buzlu yollarda avtomobil idarə etməmələri tövsiyə edilir.