“Poçt sistemi ilk dəfə XVI əsrdə Avropada qurulub”.
Globalinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar olaraq “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzusunda seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, poçtun yaradılması çatdırılma yükünü yüngülləşdirib və ümumavropa poçt şəbəkəsinin formalaşmasına səbəb olub:
“Bu, qəzetlərin müntəzəm şəkildə uzaq bölgələrə çatdırılmasını mümkün etdi. Bununla da onların oxucu auditoriyası və informasiya təsirini xeyli genişləndi”.
Natiq Məmmədli çıxışında həmçinin teleqrafın yaranmasına da toxunub:
“1844-cü ildə ABŞ-da teleqrafın ilk istifadəsi həyata keçirildi. Bu texnologiya jurnalistlərə xəbərləri saatlarla deyil, dəqiqələrlə ötürmək imkanı verərək operativ jurnalistikanın əsasını qoydu”.
Zaira Akifqızı
Globalinfo.az














