Bu xəstəxanaya baş həkim təyin olundu

Bu xəstəxanaya baş həkim təyin olundu

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) yeni baş həkim təyin edilib.

Globalinfo.az bildirir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb.

İnstitutun Baş direktorunun müavini – baş həkim vəzifəsinə Nizami Yadulla oğlu Məmmədov təyin edilib.

Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.