Bu verilişlərdə uşaqların hüquqları pozulur – MEDİA

Sosial xarakterli bir çox televiziya verilişlərində bir sıra hallarda uşaqların hüquqlarının pozulması hallarına rast gəlirik.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu “Audiovizual mediada uşaq hüquqlarının qorunması” tədbirində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova deyib. O bildirib ki, araşdırmalara görə, ailə mövzusu, konfliktlər, ölümlər və s. mediada daha çox tirajlanır və diqqət çəkir:

“Sosial xarakterli televiziya proqramlarında reytinq xatirinə qabardılan məqamlara çox rast gəlirik. Bir çox hallarda uşaqların hüquqlarının pozulması hallarını görürük. Məsələn, onların fikri alınarkən üzləri açıq göstərilir. Bu, düzgün deyil”.