Bu universitetin prorektoru vəzifəsini dəyişdi – FOTO

Sumqayıt Dövlət Universitetinin (SDU) prorektoru Qafar Atayev vəzifəsindən azad olunub.

Globalinfo.az xəbər verir ki, o, ərizə yazaraq vəzifəsini dəyişib.

Məlumata görə, Q.Atayev bundan sonra fəaliyyətini öz peşəsinə uyğun olaraq mühəndislik fakültəsində müəllim kimi davam etdirəcək.

Zaira Akifqızı
Globalinfo.az