Bu universitetin əməkdaşlarının maaşı artırıldı

Bu universitetin əməkdaşlarının maaşı artırıldı

Azərbaycan Tibb Universitetində çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20 faiz, onlara verilən əlavə əməkhaqqı isə 10 faiz artırılacaq.

Ali məktəbdən Globalinfo.aza bildirilib ki, bu barədə ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub.

Rektor, professor Gəray Gəraybəyli bu artımın son illərdə universitetimizə qəbul edilən xarici vətəndaşların sayının çoxalması sayəsində mümkün olduğunu deyib.