Bu tarixlərdə geomaqnit qasırğası gözlənilir – Hansı hallar baş verir?

Gələn ay ilk maqnit qasırğası 2-dən 4-dək olan dövrə düşəcək. 2023-cü ilin avqustunun ikinci maqnit qasırğası ayın 16-dan 17-dək olacaq. Avqustun 18-dən 20-nə kimi ayın sonuncu maqnit qasırğası gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi məlumat yayıb.

Maqnit qasırğaları zamanı depressiv əhval-ruhiyyə və əsəbilik, qan təzyiqinin artması və ya azalması, yuxunun pozulması, oynaq ağrısı, apatiya və ya narahatlıq, baş ağrısı və başgicəllənmə  xroniki xəstəliklərin kəskinləşməsi kimi hallar müşahidə edilir.