Zirəddin Rzayevin maraqlı bacarığı üzə çıxdı – VİDEO

Hər kəsin ekstrasens kimi tanıdığı Zirəddin Rzayevin bədii yaradıcılıqla məşğul olduğu üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, Xalq artisti Gülyaz Məmmədova efirdə Z.Rzayevə aid qəzəli muğam üstündə ifa edib.

Ekstrasens saytımıza açıqlamasında xəbəri təsdiq edib:

“Bəli, Gülyaz xanımın muğam üstündə ifa etdiyi qəzəl mənə aiddir. Bundan əvvəl də məşhurlar mənim qəzəllərimə müraciət ediblər”.

Qeyd edək ki, Zirəddin Rzayev yaradıcılığında “Ziyaəddin” təxəllüsündən istifadə edir.

Zaira Akifqızı
Globalinfo.az