Ermənilər 30 ildə bacarmadı, Bakı 6 ilə həll edəcək

Ermənilər 30 ildə bacarmadı, Bakı 6 ilə həll edəcək

“2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək.

“Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Azərbaycan ərazilərində 1.5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır.

Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir”, – deputat bildirib.

Qeyd edək ki, Ermənistan Qarabağda guya 120 min erməninin yaşadığını iddia edirdi. Reallıqda bu rəqəm xeyli az idi.

Rəsmi Bakının apardığı yenidənqurma və bərpa prosesi çərçivəsində cəmi 6 ilə yuxarıdakı rəqəmdən daha çox sakin Qarabağa – öz doğma yurdlarına qayıdacaq.