Bu şəhər uğrunda şiddətli döyüşlər gedir – Qançev

Rusiya ordusu Xarkov istiqamətində irəliləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Viyali Qançev bildirib.

O qeyd edib ki, Rusiya ordusu irəliləyərək Ukrayna hərbçilərinin nəzarət etdiyi dayaq məntəqələrini tutublar.

“Ukrayna ordusu getdikcə daha çox rezerv qüvvələr cəlb edir, ciddi müqavimət göstərir. Onların ağır itkiləri var. Rusiya qoşunları növbəti irəliləyiş üçün daha uyğun olan yeni mövqeləri tutublar”, – o bildirib.

Qeyd edək ki, bu istiqamətdə əsas mübarizə Kupyansk şəhəri uğrunda gedir.

Əliyar Xəlil
Globalinfo.az