Bu qəsəbədə qaz kəsiləcək

Bu qəsəbədə qaz kəsiləcək

Sabah Bakının Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında məhdudiyyət olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

“Orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə oktyabrın 9-da saat 10:00-dan işlər tamamlananadək Şağan qəsəbəsini qazla təmin edən orta təzyiqli xəttdə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq”, – məlumatda qeyd olunub.