tramp 1 1

“Qətərin paytaxtı Dohaya endirilən hava zərbəsi mənim təşəbbüsüm olmayıb, bu qərarı İsrailin Baş naziri Benyamin Netanyahu verib”. 

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yayımladığı açıqlamada bildirib.

Bu açıqlama İsrailin Qətərdəki HƏMAS radikal hərəkatının rəhbərliyinə endirilən zərbə ilə bağlı beynəlxalq müzakirələr fonunda gəlib.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz əvvəllər birgə bəyanatlarında Təl-Əvivdə baş verən atışmalardan sonra Qətərdəki HƏMAS liderlərinə zərbə endirmək qərarına gəldiklərini açıqlayıblar.

Tahir Turan
Globalinfo.az

Paylaş: