WhatsApp Image 2024 11 22 at 13.07.31

“Avropa İttifaqının müdafiə sahəsində ABŞ-dan tam asılı olmasına ehtiyac yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte deyib.

Onun sözlərinə görə, ABŞ Avropadan daha çox məsuliyyət və müdafiə xərclərinin artırılmasını gözləyir. Lakin bu, əməkdaşlığın pozulması yox, Vaşinqtonla birgə fəaliyyət deməkdir.

NATO rəhbəri vurğulayıb ki, Avropanın öz təhlükəsizliyində rolunun tədricən artması məntiqli addımdır. Lakin bu proses ABŞ-la sıx tərəfdaşlıq şəraitində aparılmalıdır.

“Avropa öz müdafiəsinə görə daha çox məsuliyyət daşıyacaq. Lakin bu, ABŞ-la birlikdə baş verəcək. ABŞ NATO-ya sadiqdir, alyansda qalır və Avropadakı mövcudluğunu davam etdirir”, – deyə Rutte vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: