Bu qaydalar ciddi şəkildə sərtləşdirilməlidir – Fazil Mustafa

Bu ilin 4 ayında nikah bağlayanların sayı 14 min, boşananların sayı isə 7 min olub. Hesab edirəm ki, boşanma səbəblərinin minimum 30 faizi tibbi müayinə ilə bağlı qaydalara ciddi şəkildə əməl olunmaması ilə bağlıdır.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin iyunun 14-də keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, onlarla ailə var ki, ailə qurandan iki ay sonra fərdlərdən birinin ağır xəstəliyə düçar olduğu bəlli olur:

“Bir ailənin sütunu başdan dağılmış vəziyyətə gəlib çıxır. Söhbət boşanmadan, ayrılmadan getmir. İki nəsil arasında böyük problemlər yaşanmış olur. Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir”.