Bu qatarların hərəkətində gecikmə ola bilər – ADY

Bu qatarların hərəkətində gecikmə ola bilər - ADY

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Bu barədə Globalinfo.az-a olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“Yarana biləcək müvəqqəti narahatlığa görə sərnişinlərdən anlayışlı olmaları xahiş olunur”,- məlumatda deyilir.