Xerson vilayətinin Oleşki şəhərinə Ukrayna Silahlı Qüvvələri (AFU) tərəfindən endirilən raket zərbəsi Rusiyada sərt reaksiyalara səbəb olub.
Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bu hadisəni qan içində olan şəhərə iyrənc zərbə adlandırıb.
“Bu, nasistlərin aylardır hər gün işgəncə verdikləri Xerson vilayətindəki qanlar içində olan Oleşki şəhərinə iyrənc zərbədir”, – deyə diplomat bildirib.
Miroşnikin sözlərinə görə, Ukrayna tərəfi artıq təkcə hərbi obyektləri deyil, birbaşa yaşayış məntəqələrini və mülki əhalini hədəfə almağa başlayıb:
“AFU dinc sakinləri sadəcə izləməkdən silahlı hücuma keçib, ağır silahlardan istifadə etməklə yaşayış binalarını yerlə-yeksan edirlər”.
Tahir Turan
Globalinfo.az














