Belarusdan 3 ölkəyə şad xəbər – 1 il uzadıldı

Belarus Litva, Latviya və Polşa vətəndaşları üçün vizasız rejim müddətini 2024-cü il üçün uzadıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi “X” hesabında bildirib.

“Qəbul edildiyi vaxtdan bəri təxminən 800 000 Aİ vətəndaşı Belarusa vizasız səfər edib”, XİN bildirib.

Qeyd edək ki, Belarus 2022-ci ilin aprelindən bu ölkələrin vətəndaşalarını vizadan azad edib.