ABŞ-ın PLANI: İranı təcrid etməyin ən yaxşı yolu …

ABŞ dövlət katibi Entoni Blinken İranı təcrid etməyin ən yaxşı yolunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, yanvarın 11-də Yaxın Şərq turunu başa vuran ABŞ-ın dövlət katibi maraqlı fikirlər səsləndirib.

O bildirib ki, İsrailin Fələstin dövlətinin yaranması üçün şərait yaratması İranı təcrid etməyin ən yaxşı yoludur:

“Bu, İranı və onun tərəfdaşlarını təcrid etməyin ən yaxşı yoludur. ABŞ bütün diqqətini İordan çayının qərb sahilindəki vəziyyətin nəzarətdən çıxmamasına yönəldib”, – deyə Blinken fikirlərini yekunlaşdırıb.

Əliyar Xəlil,

Globalinfo.az