Yeddi ölkənin xarici işlər nazirləri Kiyevə səfər ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs tviter səhifəsində məlumat yayıb.
Nazir paylaşımda qeyd edilib:
“Litva, Latviya, Estoniya, Finlandiya, İsveç, Norveç və İslandiyanın xarici işlər nazirləri Kiyevə səfər ediblər. Bu, Rusiya təcavüzü başlayandan bəri Ukraynaya səfər edən ən böyük nazirlər qrupudur. Əsas məsələ Ukraynaya dəstəyin davam etdirilməsidir”.














