Moskva özünü Kiyevə silahları ilə Rusiyanın dərinliklərini vurmağa imkan verən ölkələrin hərbi obyektlərinə qarşı silah istifadə etmək hüququna malik hesab edir.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Xatırladaq ki, ABŞ sabiq prezidenti Cozef Bayden səlahiyyətlərinin bitməsinə az qalmış, belə qərar verdi. 2024-cü ilin noyabr ayının sonlarına yaxın Bayden Ukraynaya ABŞ raketlərindən istifadə etməklə Rusiyaya zərbə üçün icazə verdiyini açıqladı. Bu, dünyada və ABŞ-ın özündə birmənalı qarşılanmasa da Baydenin təşəbbüsünə sonrada Fransa, Britaniya da qoşulduğunu elan etdi. Bir çox analitiklər belə proqnoz edirdilər ki, Tramp prezident səlahiyyətlərinin icrasına başlayan kimi bu qərarı ləğv edəcək. Lakin qərar hələ də qüvvədə qalır.