1772698428 1

Fransa səfirliyi Azərbaycana dron hücumunu pisləyib.

Globslinfo.az xəbər verir ki bu barədə Fransanın Azərbaycandakı səfiri X-də paylaşım edib.

“İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm. Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də, təəssüf ki yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”.

X X X

İordaniya İranın Azərbaycana dron hücumlarını qınayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    İordaniya XİN İranın Türkiyə və Azərbaycanı hədəf almaq cəhdini ən sərt şəkildə pisləyib, iki ölkənin suverenliyinin kobud şəkildə pozulmasını, regionun təhlükəsizliyini və sabitliyini təhdid edən təhlükəli eskalasiya təşkil edən bu hücumları rədd etdiyi və qınadığı vurğulanıb.

    “İordaniya qardaş Türkiyə Respublikası və qardaş Azərbaycan Respublikası ilə tam həmrəydir. Onların suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün atdığı bütün addımları dəstəkləyir”, – bəyanatda qeyd olunub.

    X X X

    Latviya səfirliyi Azərbaycana dron hücumunu pisləyib.

    Globalinfo.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

      “Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Naxçıvan Muxtar Respublikasına edilən, hava limanına ziyan verən, mülki şəxslərin yaralanmasına səbəb olan və beynəlxalq hüququn prinsiplərini pozan dron hücumlarını şiddətlə pisləyir. Biz Azərbaycanla həmrəyik və regionda sülh və stabilliyə dəstəyimizi bir daha vurğulayırıq”, – səfirlikdən bildirilib.

      Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

      X X X

      Moldova Azərbaycana dron hücumunu pisləyib.

      Globalinfo.az xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popsoi “X” hesabında qeyd edib.

        “Moldova Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə edilən və 2 mülki şəxsin yaralanmasına səbəb olan hücumları güclü şəkildə qınayır. Moldova Azərbaycanla həmrəydir və onun suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayır”, – nazir bildirib.

        Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

        Paylaş: