Bu ölkədə torpaq sürüşməsi 200-dən çox insanın canını aldı

Bu ölkədə torpaq sürüşməsi 200-dən çox insanın canını aldı

Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229-a çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

“Ölənlər arasında 148 kişi və 81 qadın var”, – məlumatda deyilir.

Axtarışlar davam etdirilir.

Qeyd edək ki, ölkənin cənubunda Qeze-Qofa bölgəsində aramsız yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.