Bu ölkədə Quranın yandırılması qadağan olundu

Danimarkada Quranın yandırılması qadağan olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə parlamenti qanun layihəsini qəbul edib.

Bu qərarın yeddi gündən sonra qüvvəyə minəcəyi vurğulanır. Qanun mühüm dini mətnlərlə yanlış rəftar etməyi cinayət hesab edir, pozuntular iki ilə qədər həbs cəzası ilə cəzalandırılır.

Bildirilib ki, yeni qaydalar ölkədə söz azadlığını məhdudlaşdırmayacaq.